3 qat İsveçrə çempionu rəsmən “Neftçi”də!
02.02.2013 - 22:39
3 qat İsveçrə çempionu rəsmən “Neftçi”də!
Azərbaycan çempionu “Neftçi” sonuncu transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Denis Silva və Xose Kabiondan sonra üçüncü futbolçu ilə anlaşıb.

Bu, Kiprin "Omoniya" klubunun isveçrəli qapıçısı Conni Leonidir. Qolkiper artıq bu gün tibbi baxışdan keçib və “Neftçi” ilə Bakıya gələn kimi müqavilə imzalanacaq.

1.89 sm boya malik olan 28 yaşlı qapıçı peşəkar karyerasına “Syon” (1992-2001) klubunda başlayıb. Daha sonra Leoni 2001-ci ildə bu komandanın əsas heyətinə keçib və 2 mövsüm burada çıxış edib.

“Syon”da 30 matçda forma geyinən Conni, 2003-cü ildə "Sürix"lə anlaşıb. 9 il İsveçrə klubunun şərəfini qoruyan Leoni bu komandanın əsas qapıçısı olub. Həmçinin o, "Sürix"lə üç dəfə İsveçrə çempionu və bir dəfə də ölkə kubokunu qazanıb.

Onun son komandası isə Kipr “Omoniya”sı olub.
0