“Azərbaycanlı futbolçular "Atletiko"da forma geyə bilərlər”
03.02.2013 - 07:46
Bildiyiniz kimi, 1 fevral 2013-cü il tarixində İspaniyanın paytaxtı Madrid şəhərində "Bakı" və "Atletiko" arasında geniş əməkdaşlıq barədə imzalanma mərasimi baş tutub. Apasport.az-ın məlumatına görə, "Atletiko"nun prezidenti Enrike Serezo bu haqda klubun saytına maraqlı fikirlər səsləndirib.
O, Azərbaycanın artıq doğma bir ölkə olduğunu vurğulayıb:
"Günü-gündən inkişaf edən və maraq dairəsinə düşən Azərbaycan bizim üçün artıq doğma ölkədir. Biz klublarımız arasında başlanan əməkdaşlıqdan fəxr duyuruq. Bu müqaviləyə əsasən, azərbaycanlı futbolçular bizim futbol akademiyasında futbol təlimləri ilə bərabər təhsil də alacaqlar. "Bakı" bizə böyük etimad göstərib, çalışacağıq ki, bunun qarşılığını layiqli şəkildə verək. Klublarımız arasındakı işbirliyi xalqlarımızın da yaxınlaşmasına xidmət edəcək. Biz bu əlaqələrin inkişaf etməsini arzu edirik. Azərbaycan son zamanlar sürətli inkişafı ilə diqqət mərkəzindədir. Bu bizi çox sevindirir. İspaniyada futbol mövsümünün başa çatmasından sonra ölkənizi ziyarət etmək istəyirik. Bu səfər zamanı "Bakı" və "Atletiko" arasında yoldaşlıq görüşünün keçirilməsi əsl futbol bayramına çevrilə bilər. Azərbaycanlı futbolçuların "Atletiko"nun akademiyasında hazırlıq keçməsi bizə göstərilən böyük etimadın nəticəsidir. İnanıram ki, istedadlı gənc futbolçular burada yüksək səviyyəyə yüksələcəklər".
Gələcəkdə azərbaycanlı futbolçuları "Atletiko"nun heyətində görmək nə dərəcədə realdır? – sualını, Serezo belə cavablandırıb: "Niyə də olmasın? Özünü ən yaxşı tərəfdən göstərən bacarıqlı azərbaycanlı futbolçuları komandalarımızın heyətində görmək mümkünsüz deyil. İnanıram ki, bu tamamilə real bir hal olar, azərbaycanlı oyunçulara "Atletiko"nun heyətində şans verilə bilər".

0
0