“Dənizlispor” uğursuz siftəni Rail Məlikovla etdi
03.02.2013 - 10:14
Azərbaycan milli komandasının sabiq futbolçusu Rail Məlikov “Dənizlispor”un tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, müdafiəçi Dənizli təmsilçisində cari mövsümdə ilk qırmızı vərəqə alan futbolçulardan olub.
Belə ki, Məlikov “Adana Dəmirspor”la matçda 53-cü dəqiqədə qapılarına qol vurulduğu, hesabda 1:2 hesabı ilə geri düşdükləri zamanı komanda yoldaşı Ömər Kandəmirlə birgə baş hakim Bülənt Yıldırıma etiraz edib. Nəticədə onlar birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulublar.
Bununla da 20 tura qədər qırmızı vərəqə almayan “Dənizlispor” birdən-birə 3 futbolçunun meydandan çıxarılmağı ilə barışıb. Məsələ ondadır ki, Yıldırım 61-ci dəqiqədə Fetaini qovur. Bu futbolçu isə 24-cü dəqiqədə oyunda hesabı açır. Yıldırım “Dənizlispor”dan son olaraq 81-ci dəqiqədə Səlahəttin Dərvənti qovaraq, onu baş hakimin qərarlarına etirazlarına görə tribunlara göndərir.
Türkiyə I liqasında oynayan futbolçularımız adətən qırmızı vərəqə almadığından, Məlikov bu cəhətdən də uğursuz siftə edir.
Qeyd edək ki, Rail ilk dövrədə debüt etdiyi “Adana Dəmirspor”da futbolçumuz Cavid Hüseynov hazırda millimizin Dubay toplanışında olduğundan, forma geyməyib.

0
0