Ronaldonun karyerasında ilk avtoqol
03.02.2013 - 11:07
Ronaldonun karyerasında ilk avtoqol
Dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldo üçün İspaniya çempionatının hesabat turundakı oyun karyerasında ən uğursuz məqamla yadda qalıb. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının 28 yaşlı portuqaliyalı hücumçusu karyerasında ilk dəfə avtoqol edib. O, matçın 22-ci dəqiqəsində başla topu öz qapısından keçirib. Madridlilər bunun əvəzini çıxa bilmədiklərindən, məğlub olublar.

Qeyd edək ki, Kriştianu dünyada ən çox qol vuran futbolçulardandır.