Bekhemi Fransada pulsuz oynamağa qoymadılar
03.02.2013 - 13:47
Məşhur ingiltərəli Futbolçu Devid Bekhem yenicə keçdiyi PSJ-də bütün qazancını xeyriyyəçiliyə sərf edərək, pulsuz oynaya bilməyəcək. Apasport.az saytının məlumatına görə, Fransadakı qanunlar 38 yaşlı yarımmüdafiəçinin Paris klubunda məvacibini bütövlüklə uşaq evlərinə verməsinə mane oluи.
Məsələ ondadır ki, futbolçu Fransada oynamaqla bağlı lisenziya almaq üçün ayda minimum 2200 avro almalıdır. Devidin müqaviləsinin 5 aylıq olduğunu nəzərə alsaq, iyuna kimi ümumilikdə 11000 avro olacaq. Bu da onu vergilərdən azad edir.
O da bildirilir ki, vergi məsələləri Bekhemin Parisdə indi olmağının əsas səbəbidir. PSJ İngiltərə yığmasının sabiq kapitanı ilə hələ ötən il müqavilə imzalamağa hazır olsa da, onda bundan imtina etmişdi.

0
0