“Bakı” “Şahdağ”ın qapısından 11 top keçirdi
04.02.2013 - 14:01
“Bakı” “Şahdağ”ın qapısından 11 top keçirdi
Antalyadan qayıtdıqdan sonra bazar günü keçiriləcək “Sumqayıt”la matçın hazırlıqlarını paytaxtda davam etdirən “Bakı” daha bir yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar”in rəqibi aşağı dəstə təmsilçisi “Şahdağ” olub.

Görüş “Bakı”nın 11:0 hesablı darmadağını ilə nəticələnib. İlk hissədə komandanın yeni hücumçusu Marius Pena, Juninyo və Aleksandar Şoliç fərqlənib. Fasilədən sonra heyətin çox hissəsi dəyişib. Bununla belə, Qusar klubu daha 8 topu qapısında görüb. Bu dəfə Fərdi Elmas, Aleksandar Şoliç və Rəhman Hacıyev dubl edib, Tural Qürbətovla Mario Martines Rubio isə hərəyə bir dəfə fərqlənib.
0