“Rudar” - “Simurq” - “Rudar” marşrutu
04.02.2013 - 17:07
“Simurq”dan ayrılan serbiyalı hücumçu Nenad Stoyanoviç özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu qonşu Çernoqoriyada karyerasını davam etdirəcək.
Belə ki, “Srvena Zvezda”nın sabiq futbolçusu “Simurq”dan öncə top qovduğu Plevlya “Rudar”a keçib. Stoyanoviç ötən mövsüm çıxış etdiyi “Rudar”da 28 oyun keçirib və 9 qola imza atıb.
Qeyd edək ki, Nenad Stoyanoviçin “Simurq” karyerası isə cəmi 6 ay çəkib. 13 çempionat oyununda qol vurmaq vəzifəsinin öhdəsindən gələ bilməyən futbolçu sonda komandadan göndərilib.

0
0