UEFA-dan klublara xəbərdarlıq
05.02.2013 - 00:19
UEFA “Mançester Siti” və PSJ-ni maliyyə "Fair play" qaydalarına uyğun gəlmələri mövzusunda xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, nümayiş olunan son müqayisəli hesabatda 2007 ildən 2011 illər arasında Avropa klublarının cəmi zərərlərinin 0,52 milyard dollardan 1,7 milyard dollara çıxdığı müəyyənləşib.
UEFA-dan mövzu ilə əlaqədar verilən açıqlamada, son 3 illik məlumatlara baxıldığında, 20 Avropa klubunun lazımlı meyarlara uyğun gəlmədiyi ifadə edilib.
UEFA-nın baş katibi Cianni İnfantino bu böyüklükdə bir zərərin son dərəcə narahatlıq verici olduğunu bildirib. O, bu mövzu haqqında klublar üzərinə düşən məsuliyyətləri yerinə yetirmədikləri müddətdə, “Beşiktaş”, “Malaqa” və “Rancers”ə tətbiq olunan sanksiyaların qaydalara uyğun gəlməyən digər klubların da başına gələ biləcəyini deyib.
Haqsız sponsorluq gəlirləri ilə nəzarətsiz pul xərcləyən klubların zamanla iflasa gəldiyini xatırladan İnfantino, davamlı inkişaf üçün “Arsenal” Dortmund “Borussyia”sı və “Bavariya”nı nümunə göstərib. Baş katib həmçinin İngiltərə Premyer Liqasında üçüncü şəxslərin əllərində olan oyunçulara lisenziya verilməməsi tətbiqinin də bütün dünyada etibarlı hala gəlməsinin lazımlılığı bildirib.

0
0