“Artıq mən buna alışdım”
05.02.2013 - 04:30
“Artıq mən buna alışdım”
Portuqaliya millisinin Ekvador yığması ilə oynayacağı hazırlıq matçı üçün vətəninə yollanan “Real”ın futbolçusu Kristiano Ronaldonun yaxasını “Barselona”lı rəqibi Lionel Messi orada da buraxmayıb. Apasport.az saytının məlumatına görə, ölkəsinə çatan ulduz oyunçuya bir vətəndaşı uzaqdan alqışlarla Messi lehinə təzahürat edib.

Digər bir azarkeşin formasını imzalayarkən Messi tezahüratını eşidən Ronaldo isə bu hadisəyə heç bir reaksiya verməyib. Mövzu ilə əlaqədar mətbuat nümayəndələrinin suallarını cavablayan Kristiano, belə hadisələrə həmişə hazır olduğunu bildirib: “Bu mövzuda bunu söyləyə bilərəm. Bu hadisə dünyanın hər yerində olur və belə bir şeylə qarşılaşmaq üçün həmişə hazır oluram. Arxamdan edilən bu cür səslərə bir reaksiya vermək məcburiyyətində deyiləm. Artıq mən buna alışdım”.