Uduzma, yubileyini qeyd et!
05.02.2013 - 11:30
Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Dubayın “Əl Vəsl” stadionunda Lixtenşteyn yığması ilə keçiriləcək yoxlama oyunu millimizin tarixində 193-cü qarşılaşma olacaq.
1992-ci ildən bu yana 21 illik tarixində 192 oyuna çıxan komandamız bu görüşlərdə 34 qələbə qazanıbsa, 49 heç-heçə edib və 109 dəfə meydanı məğlub tərk edib. Yığmamız neytral meydandakı matçında yubiley - 35-ci qələbəsini və ya 50-cu heç-heçəsini rəsmiləşdirəcək. Yəni Berti Foqtsun yetirmələri uduzmasa yığma tarixində yubiley gerçəkləşdirəcək.
Millimiz 5 oyunluq qələbəsizlik seriyasını da qırmağa çalışacaq. Belə ki, DÇ-2014-ün seçmə mərhələsinə təsadüf edən son 4 matçda yığmamız İsraillə heç-heçə edib (1:1), ardınca Portuqaliya, Rusiyaya müvafiq olaraq (müvafiq olaraq 0:3 və 0:1) Şimali İrlandiyadan xal alıb – 1:1. 4 gün öncə Özbəkistan yığması ilə qarşılaşma da qolsuz heç-heçə ilə nəticələndiyindən qələbə həsrəti bitməmişdi. Sonuncu dəfə avqustun 15-də Bəhreyni 3:0 hesabı ilə məğlub edən komandamız 174 gündən sonra qələbə qazana bilər.
İndiyədək isə 134 dəfə fərqlənən milli öz qapısında 338 qol görüb.
Bu matç yığmamızın 101-ci yoldaşlıq oyunu olacaq. Seçmə xarakteri daşımayan yoldaşlıq turnirləri və beynəlxalq yoxlama matçlarında 100 dəfə meydana çıxan komandamız 26 dəfə qalib gəlib. Bu oyunlarda 34 heç-heçə edən komandamız 40 dəfə uduzub. Komandamız 100 qarşılaşmada vurduğu 91 qolun qarşılığında 129 dəfə topu qapısından çıxarıb.
Dubaydakı görüş Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu postda 54-cü oyunu olacaq. 2008-ci ilin martında baş məşqçi təyin olunan almaniyalı millimizlə indiyədək 11 qələbəyə sevinib, 15 heç-heçə görüb və 27 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 42 qolun sevincini yaşayıbsa, 80 dəfə qapıçımız topu tordan çıxarıb.
Foqtsun yetirmələri 30-cu yoldaşlıq oyununa çıxacaq. Yubileyə qədərki 29 qarşılaşmada 8 qələbəsi olan yığmamız 10 dəfə heç-heçə edib və 11 matçda məğlub olub. Bu oyunlarda top fərqi 26:34-dür.

0
0