Patrisia Qonzales: Azərbaycanda fərqli mədəniyyət gördüm
05.02.2013 - 15:31
“AFFA ilə danışıqlar üçün Bakıya yollananda çox gözəl və yaraşıqlı şəhər gördüm. Oradakı insanların mənə münasibəti möhtəşəm idi. Azərbaycanda fərqli mədəniyyət gördüm və vaxt tapan kimi onu daha yaxından öyrənəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Patrisia Qonzales deyib.
Futbolçu karyerasını 22 yaşında bitirdikdən sonra “Rayo Vallekano”nun məşqçilər korpusunda yer alan İspaniyalı mütəxəssis yığmamızdakı işindən danışıb: “Həm mən, həm də köməkçin ingilis dilini əla bilirik. Lakin buna baxmayaraq Azərbaycan dilinə tərcüməçidən yararlanacağıq. Biz yığmanı Avropa çempionatının final mərhələsinə daşımaq üçün hər şey edəcəyik. Lakin bu çox çətindir. Fəaliyyətə başladığım ilk gündən U-17-nin məşqçiləri ilə də sıx təmasda olacağam”.

0
0