“Rəvan”ın “Turan”la haqq-hesabı
06.02.2013 - 15:23
“Rəvan”ın “Turan”la haqq-hesabı
"Rəvan”la “Turan” tarixlərində 6-cı dəfə üzləşəcəklər. Apasport.az saytının məlumatına görə, bakılılar çempionatın XIX turunda fevralın 9-da saat 17:00-da qonaq edəcəyi rəqiblə matçlarda üstünlüyə malikdir.

Belə ki, “Rəvan” “Turan”a 2 dəfə qalib gəlib, 1 dəfə yenilib. Onlar arasında son 2 matç isə eyni – 2:2 hesablı bərabərliklə nəticələnib. “Rəvan”ın topların fərqində də minimal üstünlüyü var - 8:7.

Komandanın "Turan”la müəyyən mənada haqq-hesabı da var. Belə ki, son 3 matçda tovuzlular məğlub olmayıb. Bu mənada “altılığ”a düşmək şansını saxlayan “Rəvan” qələbəyə oynamağa borcludur.

Maraqlıdır ki, son 4 oyunda meydan sahibləri qonaqlara bir qayda olaraq 2 qol vurur.

23.09.2011    
Turan (Tovuz) - Rəvan (Bakı)    
0:1
16.02.2012    
Rəvan (Bakı) - Turan (Tovuz)    
2:1
25.03.2012    
Turan (Tovuz) - Rəvan (Bakı)    
2:1
21.04.2012    
Rəvan (Bakı) - Turan (Tovuz)    
2:2
31.10.2012    
Turan (Tovuz) - Rəvan (Bakı)    
2:2

Mənbə: revanfc.az