Vaqif Sadıqov: Hər 2 legionerlə 1,5 illik müqavilə bağlayacağıq
06.02.2013 - 15:43
“Çox təəssüf ki, qış fasiləsi olduğundan, istədiyimiz mövqelərə oyunçu tapa bilmədik. Ən azı hər mövqeyə 1 futbolçu almaq istəyirdik. Məsələn, hücum xəttinə oyunçu transfer edə bilmədik”. Bunu apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
AZAL transfer bazarında ən passivlərdən biridir desək, yanılmarıq. Ancaq “təyyarəçilər” iki transferi birdən reallaşdırmaq üzrədir. Bununla belə, həmin futbolçuların ölkəmizə gəlməsi problemə çevrilib.
Bunu izah edən təcrübəli çalışdırıcı yalnız müdafiənin mərkəzinə Saşa Yunisoğlunun transferini reallaşdırdıqlarını bildirib: “Almaq istədiyimiz 2 oyunçu isə ölkəmizə gəlməkdə yubanır. Bunun səbəbi vizadır. Serbiyalı Vladimir Boqdanoviç və amerikalı, əslən Nigeriyadan olan “Emi” ləqəbli Uill Con sərbəst futbolçulardır, hər ikisi ilə razılıq əldə olunub. Sadəcə olaraq ölkələrindən Azərbaycana viza ala bilmirlər. Hər 2 oyunçu ilə azı 1,5 illik müqavilə bağlanacaq. Boqdanoviç dayaq yarımmüdafiəçisidir. Con isə yarımmüdafiənin cinahlarında çıxış edir. Onların adını çətin ki, “Simurq”la oyuna kimi PFL-ə təqdim edək. Ancaq “Bakı” ilə matçda meydana çıxa bilərlər”.
Qeyd edək ki, “Sloqa” və “Srvena Zvezda”nın yetirməsi olan 26 yaşlı Boqdanoviç ölkəsinin “Yedinstvo”, “Radniçki”, “Smederevo”, Çinin “Lyaonin Huvin”, Bolqarıstanın “Lokomotiv”, Yunanıstanın “Panetolikos” klublarının şərəfini qoruyub. “Quma” ləqəbli Vladimir yanvarın 20-də sərbəst futbolçuya çevrilib.
Tam adı Con Oluremi Uilyam olan amerikalı oyunçu isə forvard kimi də çıxış edə bilir. İlk dəfə 2008-ci ildə Danimarkanın “Ranners” klubunda legioner həyatı yaşayan Con sonra Serbiyanın “Çukariçki”, Slovakiyanın “Jilina”, Xorvatiyanın “Vinoqradar” və İsrailin “Aşdod” klublarında oynayıb. 27 yaşlı futbolçu vaxtilə ABŞ U-20-də də çıxış edib.
Səbuhi TOFİQOĞLU

- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
0
0