Bəhruz Şirəliyev: Bu 2 futbolçu haqda qərar çempionat oyununa kimi veriləcək
07.02.2013 - 14:45
“Hazırda düşərgəmizdə baxışda 2 futbolçu var. Bildiyiniz kimi, bunlardan biri yaponiyalı Naoya Sibamuradır”. Bunu apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
İlk “altılığ”a düşmək hədəflərindən uzaq düşən “Rəvan” etdiyi transferlərlə həm elitada qalmaq, həm də növbəti mövsümün heyətini qurmaq istəyir. Bu məqsədlə paytaxt klubu Emin Mustafayev, Nodar Məmmədov, Ramil Həşimzadə, Ramazan Abbasov kimi yerliləri, o cümlədən “Şerif”in sabiq yarımmüdafiəçisi Miloş Adamoviçi heyətinə qatıb.
Bununla belə, “uçan aslanlar” heyətini daha 2 legionerlə gücləndirə bilər. “Paxtakor”un sabiq müdafiəçisi olan Sibamuradan başqa baxışda daha kimin olduğunu Şirəliyev bizə söylədi: “Düşərgəmizdə daha bir futbolçu var. Litvalı Mindauqas Kalonas da bizimlə məşq edir. Bu 2 futbolçu haqda qərar çempionat oyununa kimi veriləcək. Bundan sonra düşərgəmizə yeni futbolçu gəlməyəcək”.
Qeyd edək ki, yarımmüdafiəçi olan Kalonas fevralın 28-də 29 yaşını qeyd edəcək. “Jalgiris”in yetirməsi olan futbolçu gənc yaşlarında Moskva “Dinamo”su, “Saturn”, “Rubin” kimi klubların şərəfini qorusa da, heyətə düşməkdə çətinlik çəkib və əvəzedici komandalarda çıxış edib. O yalnız özünü qonşu Latviyada – “Metallurq”da göstərib.
Liyepayada karyerası yüksələn xətt üzrə getsə də, sonradan “Kuban”a getməsi orda əsas komandada cəmi 1 oyun keçirməsinə səbəb olub. Daha sonra “Riqa”, “Bohemians”, Zaporojye “Metallurq”unda çıxış edən Kalonas ötən yay Polşanın aşağı dəstə klubu “OKS Stomil”də çıxış edib. Cari mövsümün ilk 6 ayı ərzində 17 oyuna 5 qol vurub. 2010-cu ilə kimi Litva millisinə də çağrılan Mindauqas burda keçirdiyi 35 matçda 2 dəfə fərqlənib.
Səbuhi TOFİQOĞLU

0
0