Sadıq Sadıqov komanda üzvləri ilə görüşdü
07.02.2013 - 18:27
Sadıq Sadıqov komanda üzvləri ilə görüşdü
“Neftçi”nin prezidenti Sadıq Sadıqov “U-14 Azərbaycan kuboku”nun qalibi olmuş komanda üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, klub prezidenti çıxışında yeniyetmə futbolçuları tərəfindən əldə olunan uğurların hər zaman diqqətdə saxlanıldığını vurğulayıb.

Ölkəmizdə bütün idman növlərinə, eləcə də futbola dövlət səviyyəsində qayğı göstərildiyini bildirən Sadıqov, bu yeniyetmələrin hər birinin gələcəkdə Azərbaycan futboluna faydalı olacağına inandığını söyləyib. Tədbirin sonunda klub prezidenti komanda üzvləri ilə birgə xatirə şəkli çəkdirib.

Mənbə: neftchipfk.com