“Yuventus” sevindi, “Latsio” ilə “Napoli” xalları yarı böldü
10.02.2013 - 02:42
“Yuventus” sevindi, “Latsio” ilə “Napoli” xalları yarı böldü
İtaliya A seriyasında 24-cü turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə iki qarşılaşma baş tutub.

Lider “Yuventus” doğma azarkeşləri önündə “Fiorentina” ilə münasibətlərinə aydınlıq gətirib. Görüş “Qoca Sinyora”nın inamlı qələbəsi ilə başa çatıb – 2:0

“Latsio” isə evində “Napoli”nin müqavimətini qıra bilməyib. Turnir cədvəlinin 2-3-cü pillələrində qərarlaşan komandalar hər hissədə bir dəfə fərqlənərək meydandan sülhlə ayrılıb – 1:1.

Qeyd edək ki, İtaliya çempionatının 24-cü turunun oyunlarına bu gün keçiriləcək səkkiz qarşılaşma ilə yekun vurulacaq.


İtaliya A seriyası

24-cü tur

9 fevral

“Yuventus” – “Fiorentina” – 2:0
Vuçiniç, 20, Matri, 41

“Latsio” – “Napoli” – 1:1
Flokkari, 12 – Kampanyaro, 87

10 fevral

“Parma” – “Cenoa”
“Atalanta” – “Kataniya”
“Bolonya” – “Syena”
“Kalyari” – “Milan”
“Palermo” – “Peskara”
“Sampdoriya” – “Roma”
“Udineze” – “Torino”
“İnter” – “Kyevo”

11 fevral

“Liverpul” – “Vest Bromviç”
0