“Atletiko”dan Bakıya
11.02.2013 - 10:05
“Atletiko”dan Bakıya
VI Bakı Beynəlxalq Futzal Turnirində iştirak edəcək Moldova yığmasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa qatılan komanda 14 futzalçı sifariş edib.

Baş məşqçi Vladimir Vusati cəmi 4 klubun üzvünə güvənib ki, oyunçulardan yarısı – “Leksmaks”ı təmsil edir: Vasile Arlet, Aleksey Capsamun, Aleksandru Krivoy, Oleq Hiloti, Andrey Vikolaş, Kristian Obada, Leonid Podlesnov (hamısı “Leksmaks”), Eduard Hoderean, Sergey Bajura, Aleksandru Nedostup (hamısı “Sokol-PqU”), Viorel Qaybu, Oleq Qoyan, Yevgeni Naţcovçi (hamısı “Tarsus”), Lilian Bulicanu (“Atletiko”).

Qeyd edək ki, Moldova yığması Latviya və Azərbaycanla eyni qrupda mübarizə aparacaq.