“İnter” rəsmən “altılıq”da!
11.02.2013 - 17:57
“İnter” rəsmən “altılıq”da!
Topaz Premyer Liqasında “altılığ”a vəsiqəni rəsmiləşdirən ilk komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “İnter”in XIX tura yekun vuran “Xəzər Lənkəran”la səfər matçında qazandığı 3:2 hesablı qələbə həm “bankirlər”in liderliyini qaytarıb, həm də medallar uğrunda mübarizədə iştirak edəcəyini dəqiqləşdirib.

Hesabında 37 xal olan paytaxt təmsilçisi 7-ci pillədəki AZAL-ı artıq 14 xal qabaqlayır. Düzdür, “təyyarəçilər” fevralın 13-də “Neftçi” ilə ehtiyatda olan matça çıxacaq.

Ancaq onda bakılılar qələbə qazanarsa, həmşəhərliləri ilə xal fərqini 11-dək azalda biləcək. Bunu isə qalan 3 tura aradan qaldırmaq mümkün olmadığından, “İnter” artıq AZAL üçün əlçatmazdır.