“Lənkəranlı azarkeşlər oyuna əlavə rəng qatırlar”
11.02.2013 - 18:29
“Lənkəranda oynamaq həmişə xoşdur. Lənkəranlı azarkeşlər oyuna əlavə rəng qatırlar”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
“Xəzər Lənkəran” – “İnter” oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayan gürcüstanlı çalışdırıcı komandasından razı qaldığını bildirib: “Oyunda hakim olan tərəf biz idik. Bunun nəticəsi olaraq, ilk yarıda 2 gözəl qol vurduq. Təəssüf ki, fasilədən sonra futbolçularımda arxayınlaşma oldu və qollar buraxdıq. Bununla belə, matçda layiq olan tərəfin qələbəni qazandığını düşünürəm”.

0
0