“Rəvan” başladı
11.02.2013 - 18:54
“Rəvan” başladı
Premyer Liqanın bu il keçirilən ilk oyununda “Turan”ı 2:0 hesabı ilə məğlub edən “Rəvan” artıq növbəti matçın hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu fevralın 16-da üz-üzə gələcəyi “Kəpəz”lə matça ciddi hazırlaşır.

Bu gün “Bayıl Arena”da baş tutan məşqdə “Turan”la görüşdə start heyətində yer alan futbolçular ayrıca çalışıb. Baş məşqçi Ramil Əliyev onları elə də çox yükləməməyə üstünlük verib.

Qalan komanda üzvləri isə meydanın o biri yarısında əvvəlcə fiziki çalışmalarla məşğul olub, sonra isə müxtəlif təmrinlər yerinə yetirib. Düşərgədə əla ab-havanın olması da qeyd olunmalıdır. Futbolçuların öz aralarındakı zarafatları da məşqə rəng qatıb.