Samir Abasov: “Bakı” gözlədiyimiz kimi oynamadı - MÜSAHİBƏ
12.02.2013 - 00:05
“Sumqayıt” klubunun kapitanı Samir Abasovun apasport.az saytına müsahibəsi
- Qış fasiləsindən sonra ilk oyunda “Bakı” ilə qarşılaşdınız. 1:1 hesablı bərabərliklə nəticələnən görüş haqda nə deyə bilərsiniz?
- O qədər də çətin alınmadı. Daha doğrusu, “Bakı” gözlədiyimiz kimi oynamadı. Rəqibdən daha güclü oyun gözləyirdik. Matçın gedişi rəqibdən çəkinməyə əsasımızın olmadığını ortaya qoydu. Həmin gün çıxışımız alındı. Sadəcə, biz rəqib haqda başqa məlumat almışdıq. Yəni mətbuatdan izlədiyimizə görə, heyətlərini xeyli gücləndirmişdilər. Üstəlik, ilk “altılığ”a düşmək üçün mütləq qələbə qazanmalı idilər. Uşaqlar onlardan çəkinmədilər. Hətta qələbə də qazana bilərdik. 2 xal itirdiyimizi düşünürəm.
- Bəlkə rəqibin heyətinə yeni cəlb edilən futbolçular tam adaptasiya ola bilməyiblər. Buna görə də onların oyunu alınmadı…
- Təbii ki, bu amili də yaddan çıxarmaq olmaz. Ümumiyyətlə, “Bakı”nı da qınamaq olmur. Bilirsən ki, komandanın əksəriyyəti yeni gələnlərdir. Transfer etdikləri futbolçular da güclüdürlər. Sadəcə, onlardan başqa oyun gözləyirdik. Oyunun ilk 15 dəqiqəsində bizim uşaqlarda bir qədər həyəcan var idi. Ola bilsin, rəqibin adından çəkinirdilər. Onlar azlıqda qaldıqdan sonra da üstünlük tərəfimizdə idi.
- “Sumqayıt” necə təsir bağışladı?
- Pis oynamadıq. Sonluğu gətirə bilsəydik, qələbə qazanardıq.
- Reallığı nəzərə alsaq, “Sumqayıt”ı ilk “altılıq”da görürsüz?
- Əslində, gözlənilən pillədəyik. Yəni bir heç-heçəyə görə iddia edə bilmərik ki, “Sumqayıt” ilk “altılığ”a düşəcək. Bu, düzgün çıxmaz. Bilirsiz, hər 6 aydan bir komandaya yeni oyunçular gəlir. Bu da başadüşüləndir. Klubun strategiyası əsas milliyə oyunçular yetişdirməkdir. Bu məqsədlə kənarda oynayan azərbaycanlı uşaqları tapıb “Sumqayıt”a gətirirlər. Onu da deyim ki, fasilə zamanı oyun təcrübəmiz olmadı. Ölkə xaricində hazırlıq keçirə, güclü rəqiblərlə gücümüzü sınaya bilmədik. Bizim üçün də çətin idi. Ancaq “Bakı” ilə oyun göstərdi ki, vəziyyətimiz pis deyil.
- XIX tur çərçivəsində baş tutan oyunlar arasında diqqətiniz cəlb edən nə isə oldumu?
- “Kəpəz” – “Neftçi” oyununa baxa bilmədim. Bir neçə oyunda 1:1 hesablı heç-heçə qeydə alındı ki, bunu da ədalətli nəticə hesab etmək olar. Çünki həmin komandalar eyni gücə malikdirlər. Qeyri-adi heç nə baş vermədi. Gözlənilər oldu. Sadəcə, əksəriyyət “Simurq”un çıxışını sensasiya kimi qəbul edir. Ancaq onlar sübut etdi ki, evdə və ya səfərdə oynamağı fərqi yoxdu, komanda mübarizə aparır.
- Hazırda ilk “altılığ”a düşmək uğrunda gərgin mübarizə gedir. Əksəriyyət son iki vəsiqə uğrunda “Qəbələ”, “Xəzər Lənkəran”, “Bakı” və AZAL-ın mübarizə apardığı iddia edir. Təcrübəli futbolçu kimi fikrinizi bilmək maraqlı olardı.
- Adını çəkdiyiniz komandaların hamısı eyni gücdədirlər. Heç özləri deyə bilməz ki, hansı güclüdür. Burada həlledici məqam həmin komandaların kimlərlə qarşılaşacağıdır. Ola bilər ki, hansısa ancaq iddialılarla üz-üzə gəlsin. Və ya əksinə, aşağı pillələrdə yer alan komandalarla qarşılaşsın. Həm də bəxt amili var. Hansısa gözlənilmədən büdrəyə bilər.
- Bəs klubların transferləri haqda nə deyə bilərsiz?
- Klublar ən yaxşıları heyətlərinə cəlb etmək istəyirlər. Çünki məqsədləri, iddiaları var. Bu gün ən yaxşı oyunçular da yığmada toplaşıb. “Bakı” millinin 3 oyunçusunu heyətinə qatdı. “Sumqayıt”ın məqsədi fərqlidir. Birincisi, onları almağa gücümüz çatmaz. Digər yandan komanda milli üçün futbolçu yetişdirir. Əksinə, bizdən götürüb aparırlar. Sadəcə, klublarımız öz yetirmələrinə də bir qədərə şans versələr, onlara inansalar yaxşı olar, daha düzgün addım atmış olarlar.

0
0