Berti Foqtsun yığmadakı xələfi istefa verdi
12.02.2013 - 05:46
Nigeriya milli komandasının baş məşqçisi Stiven Keşi ölkəsinə Afrika Millətlər Kubokunu qazandırdıqdan bir gün sonra vəzifəsindən istefa edib. Apasport.az saytının məlumatına görə, Afrika futbol tarixdə misirli Mahmoud Əl-Qohari ilə birgə sözügedən kuboku həm futbolçu, həm də çalışdırıcı kimi qazanmağı bacaran Keşi, bu böyük zəfərin ardından 24 saat keçməmiş komanda ilə yollarını ayırıb.
51 yaşlı mütəxəssis buna səbəb Nigeriya Futbol Federasiyasının (NFF) özünə və onun verdiyi qərarlarına hörmət göstərməməsi olub. Keşi istefa məktubunu bazar ertəsi günü günorta saatlarında Nigeriya Futbol Federasiyasının (NFF) rəhbərliyinə təqdim edib.
O, istefaya getdiyi barədə bunları ifadə edib: “Nə lazım idisə onu da etdim, federasiyaya istefa haqda məktub göndərdim. Əgər burada istənmirəmsə, əşyalarımı yığıb və gedərəm” – deyə, Stiven, bildirib.
Qeyd edək ki, Keşi bu postda 2011-ci ildə Samson Siasianı əvəzləyib. Sonuncu Afrika Millətlər Kubokunun seçmə mərhələsindəki uğursuzluqdan sonra vəzifəsindən kənarlaşdırılmışdı. Vaxtilə Nigeriya yığmasının kapitanı olan Keşi bunadək Toqo və Mali yığmalarına da rəhbərlik edib.
Keşi həm də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun da xələflərindən biri olub. Belə ki, yığmamızın almaniyalı çalışdırıcısı da vaxtilə Nigeiya yığmasına rəhbərlik edib.

0
0