Etdiyi hərəkətə görə 2 oyunluq cəzalandırıldı
12.02.2013 - 06:21
Etdiyi hərəkətə görə 2 oyunluq cəzalandırıldı
“Sampdoriya”nın baş məşqçisi Delio Rossi İtaliya A seriyasının 24-cü turunda “Roma” ilə qarşılaşmada etdiyi xoşagəlməz hərəkətə görə cəzalandırıb. Apasport.az saytının məlumatına görə, sözügedən matçın son dəqiqələrində 53 yaşlı mütəxəssis rəqib komandanın futbolçusu Nikolas Burdissoya orta barmağını göstərdiyi üçün İtaliya Futbol Federasiyası onu 2 oyunluq komandadan uzaqlaşdırıb.

Qeyd edək ki, Delio Rossi “Fiorentina”da (2011-2012) işlədiyi zaman komandanın ulduz oyunçusu Adəm Lyajiçlə oyun əsnasında dalaşıb və daha sonra o, Florensiya klubundan ayrılmaq məcburiyyətində qalıb.