Paytaxt derbisi sabiq FİFA hakiminə tapşırıldı
12.02.2013 - 10:01
Paytaxt derbisi sabiq FİFA hakiminə tapşırıldı
Topaz Premyer Liqasının IV turundan təxirə salınan AZAL – “Neftçi” oyununa təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, paytaxt derbisi sabiq FİFA rederisi Fariz Yusifova tapşırılıb. Sabah keçiriləcək bu matç “AZAL Arena”da baş tutacaq.

13 fevral (çərşənbə)
16:00. AZAL – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, Rauf Cabbarov
“AZAL Arena” stadionu

Mənbə: pfl.az