“Altılıq” mübarizəsi qızışır: “Xəzər Lənkəran” izləyicilərinin büdrəməyini gözləyir
12.02.2013 - 12:57
“Altılıq” mübarizəsi qızışır: “Xəzər Lənkəran” izləyicilərinin büdrəməyini gözləyir
Sabah Topaz Premyer Liqasında əvvəlki turlardan təxirə salınan 2 qarşılaşma keçiriləcək. Apasport.az saytının məlumatına görə, AZAL-la “Neftçi” I, “Turan”la “Bakı” II dövrədən təxirə salınmış matçda üz-üzə gələcək. Bununla, bütün komandaların oyun sayı bərabər olacaq.

XVI turun “Turan” – “Bakı” matçı dekabrın əvvəlində keçirilməli idi. Ancaq o vaxt Tovuz stadionunda yanğın olduğundan, qarşılaşma təxirə salındı. Ancaq bununla belə, komandalar yenə bu arenada oynaya bilməyəcəklər. Çünki AFFA-nın dəstəyi sayəsində Gəncə və Tovuz şəhər stadionlarında meydançanın qazonunun dəyişdirilməyi ilə bağlı işlərə başlanılıb. Bu üzdən “Kəpəz” kimi “Turan” da hələlik rəqiblərini AFFA-nın stadionu olan “Dalğa Arena”da qəbul etməlidir.

“Bakı” ilk dövrədəki ev oyununda hesabda irəlidə olsa da, fasilədən sonra buraxdığı qolla qələbəni əldən verdi. İndi rəqiblər turnir cədvəlində eyni xalla qonşudurlar. Sadəcə, “Turan” qələbələrin sayına görə irəlidədir. “Altılığ”a düşmək uğrunda mübarizələrini davam etdirən komandalar ehtiyatda qalan oyun hesabına turnir cədvəlində irəliləmək şansına malikdir. Uduzan tərəf isə demək olar mübarizəni dayandıracaq.

“Turan” qalib gələrsə, şansı daha çox olacaq. Çünki komanda xal fərqini minimuma endirəcəyi “Xəzər Lənkəran”ın növbəti turda qonağı olacaq. Yəni “Bakı”dan fərqli, tovuzluların cənub təmsilçisi ilə oyunu qaldığından, onu keçmək imkanı öz əlindədir. Ancaq təbii ki, həm Lənkəranda qalib gəlmək çətin olduğundan, həm də təqvimə görə cənublular daha şanslıdır.

AZAL-la “Neftçi” arasında ikinci dövrədəki oyun artıq keçirilsə də, IV turun matçı hələ qalıb. Bu da “ağ-qaralar”ın həmin vaxt Avroliqada çıxışı ilə əlaqədar təxirə salınma ilə bağlıdır. “Xəzər Lənkəran”ın dünən evdə “İnter”ə uduzmağından sonra 6-cı yer uğrunda mübarizə qızışıb. İndi elə vəziyyət yaranıb ki, sabah AZAL lənkəranlıları keçə bilər. Təbii ki, bunun üçün evdə “Neftçi”yə qalib gəlmək lazımdır. Bakılılar buna nail olarsa, 6-cı pilləyə yüksələrək, “Xəzər Lənkəran”ı 2 xal qabaqlayacaq. Cənublular isə mövqeyini qorumaq üçün ən yaxın izləyicilərinin büdrəməyini gözləyəcək.


13 fevral
15:00. “Turan” – “Bakı”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, ehtiyat hakim Namiq Bəkirov daxildir.
Bakı. “Dalğa Arena” stadionu
İlk dövrədəki oyun – 1:1

16:00. AZAL – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, Rauf Cabbarov
Bakı. “AZAL Arena” stadionu
İkinci dövrədəki oyun – 2:4

komandaoqhmtx
1
İnter
19
10
7
2
22-9
37
2
Simurq
19
9
7
3
24-12
34
3
Qarabağ
19
8
8
3
24-17
32
4
Neftçi
18
10
2
6
38-21
32
5
Qəbələ
18
8
5
6
22-19
29
6
Xəzər L
19
6
6
7
26-21
24
7
AZAL18
5
8
5
22-20
23
8
Sumqayıt
19
5
6
8
18-33
21
9
Turan
18
5
5
8
19-24
20
10
Bakı
18
3
11
4
16-14
20
11
Rəvan
19
5
4
10
18-31
19
12
Kəpəz
19
2
3
14
11-39
9

Bombardir: Nikolas Kanales (Neftçi) - 16