“Rəvan” üçün 2 yubiley
12.02.2013 - 19:17
Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Turan”ı 2:0 hesabı ilə məğlub edən “Rəvan” həm uğursuz seriyalara son qoyub, həm də 2 yubiley qeyd edib. Apasport.az saytının məlumatına görə, “uçan aslanlar” Tovuz təmsilçisini üstələməklə ardıcıl 5 məğlubiyyətdən sonra qələbə əldə edib.
Bu həm də 82 günlük həsrətin sonu olub. Axı “Rəvan” buna qədər son qələbəsini ötən il noyabrın 19-da AZAL-ı 1:0 hesabı ilə məğlub etməklə qazanmışdı.
Yubileylərə gəlincə, paytaxt klubu son turdakı qələbə ilə Premyer Liqada 15-ci zəfərinə nail olub. Üstəlik, əldə edilən 3 xalla “Rəvan”ın Premyer Liqada topladığı xalların sayı 60-a çatıb.
Qeyd edək ki, “Rəvan” 8-ci pillədə başa vurduğu ötən mövsümdə 10 qələbə qazanmış və 41 xal toplamışdı.

0
0