“Neftçi” “altılıq”da, “Turan” bataqlıqda
13.02.2013 - 17:52
“Neftçi” “altılıq”da, “Turan” bataqlıqda
Bu gün Topaz Premyer Liqasında əvvəlki turlardan təxirə salınan oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən görüşlər qonaqların qələbəsi ilə nəticələnib.

“Turan” Tovuzdakı stadionunda yenidənqurma işləri ilə əlaqədar cari mövsümün sonuna kimi rəqiblərini qəbul edəcəyi “Dalğa Arena”da debütündə darmadağın olunub. “Bakı” turnir cədvəlindəki qonşusu üzərində inamlı qələbə qazanaraq, vəziyyətini bir qədər yaxşılaşdırıb.

AZAL isə 6-cı pillədə olan “Xəzər Lənkəran”ı keçmək şansını qaçırıb.

“Təyyarəçilər”in “Neftçi” ilə oyunda 1 xal da qazana bilməməyi “Bakı”nın ona çatmağı ilə nəticələnib. İndi bu komandalar arasında növbəti turdakı oyun bir çox mətləblərə aydınlıq gətirəcək.

“Neftçi” isə bu il ardıcıl 2-ci oyunda da qələbə qazanaraq, həm turnir cədvəlində 2-ci pilləyə yüksəlib, həm də “altılığ”a düşməyini artıq rəsmiləşdirib. Bununla da çempion “İnter” və “Simurq”dan sonra vəsiqəni qazanan 3-cü komanda olub.

13 fevral

AZAL – “Neftçi” - 1:2
QOLLAR: Junior Nildo, 74 - Nikolas Kanales, 27, 45+1
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, Rauf Cabbarov
Bakı. “AZAL Arena” stadionu
İkinci dövrədəki oyun – 2:4
AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Jose Junior Ailton, 2. Juan Fransisko, 15. Oskars Klava, 20. Branislav Arseniyeviç, 6. Tagim Novruzov, 17. Viktor İqbekoyi, 19. Orxan Səfiyaroğlu, 11. Zohair Benouahi, 22. Ruslan Tağızadə, 16. Junior Nildo
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 23. Tural Nərimanov, 77. Saşa Yunisoğlu, 32. Vladimir Boqdanoviç, 9. Elşən Məmmədov, 7. Cavid Tağıyev, 37. Andrius Veliçka
Baş məşqçi: Vaqif Sadıqov

“Neftçi”: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov
Ehtiyat oyunçular: 1. Jonni Leoni, 2. Jose Luis Kabion, 3. Denis Silva Kruz, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə
Baş məşqçi: Böyükağa Hacıyev

“Turan” – “Bakı” - 0:4
QOLLAR: Marius Pena, 43, Elvin Məmmədov, 62, Aleksandr Şoliç, 68, Nurlan Novruzov, 85
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Namiq Bəkirov
Bakı. “Dalğa Arena” stadionu
İlk dövrədəki oyun – 1:1
“Turan”: 1. Kamal Bayramov (k), 14. Yaroslav Suxanov, 26. Aleksandr Krutskeviç, 6. Mikayıl Rəhimov, 3. Anatoli Stukalov, 4. Vüqar Bəybalayev, 2. Dmitri Pospelov, 10. Ender Günlü, 23. İrakli Beraya, 9. Murad Ağakişiyev, 20. David Janelidze
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 22. Rəşad Hacızadə, 17. Fərmayıl Əliyev, 11. Salif Ballo, 7. Azər Məmmədov, 21. Elşad Manafov, 15. Sənan Qocayev
Baş məşqçi: Əfqan Talıbov

“Bakı”: 82. Edin Nuredinoski, 27. George Popxadze, 14. Elvin Əliyev, 6. İbrahim Karqbo, 3. Denis İvanov, 77. Aleksandar Soliç, 99. Rəhman Hacıyev, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 24. Marius Pena
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 29. Əziz Quliyev, 38. Namiq Ələsgərov, 17. Mario Rubio, 23. Rauf Əliyev, 2. Edemir Rodrigez, 28. Ferdi Elmas
Baş məşqçi: Bojidar Bandoviç


komandaoqhmtx
1
İnter
19
10
7
2
22-9
37
2
Neftçi
19
11
2
6
40-22
35
3
Simurq
19
9
7
3
24-12
34
4
Qarabağ
19
8
8
3
24-17
32
5
Qəbələ
19
8
5
6
22-19
29
6
Xəzər L
19
6
6
7
26-21
24
7
AZAL19
5
8
5
23-22
23
8
Bakı
19
4
11
4
20-14
23
9
Sumqayıt
19
5
6
8
18-33
21
10
Turan
19
5
5
9
19-28
20
11
Rəvan
19
5
4
10
18-31
19
12
Kəpəz
19
2
3
14
11-39
9

Bombardir: Nikolas Kanales (Neftçi) - 18