“Xəzər Lənkəran” 13-cü qələbəsinə doğru
15.02.2013 - 10:20
“Xəzər Lənkəran” 13-cü qələbəsinə doğru
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XX turunda qəbul edəcəyi “Turan”la tarixində 19-cu matça çıxacaq. Apasport.az saytının məlumatına görə, bunadək komandalar 17 dəfə çempionat, 1 dəfə kubokda üzləşib.

Penaltilər seriyasınadək davam edən kubok matçının 120 dəqiqəsinin nəticəsini nəzərə alsaq, “Xəzər Lənkəran” 12, “Turan” cəmi 2 qələbə qazanıb. Daha 4 matç isə heç-heçə başa çatıb. Bu matçlarda lənkəranlılar 31 qol vuraraq, 11-ni buraxıb.

Çempionatdakı 17 matçda isə 12 qələbə qazanan cənublular 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu oyunlarda top fərqində Lənkəran təmsilçisi 3 qat üstünlüyə malikdir – 30:10.

9-cu dəfə “Xəzər Lənkəran”ın meydanında baş tutan görüşlərdə aşkar favorit meydan sahibləridir. Belə ki, 6 qələbə qazanan lənkəranlılar 2 dəfə heç-heçə edib və heç vaxt uduzmayıb. Qonaqları 15 qolla məyus edən “ağ-yaşıllar” cəmi 2 dəfə qol üzüntüsü yaşayıb.

2004/05
07.08.2004
səfərdə
1:1
2004/05
06.04.2005
evdə
1:0
2005/06
11.12.2005
səfərdə
0:1
2005/06
14.05.2006
evdə
1:0
2006/07
23.09.2006
evdə
0:0
2006/07
12.05.2007
səfərdə
3:2
2007/08
16.09.2007
evdə
2:0
2007/08
27.04.2008
səfərdə
4:0
2008/09
13.09.2008
evdə
5:0
2008/09
21.02.2009
səfərdə
1:0
2009/10
12.09.2009
evdə
1:1
2009/10
13.12.2009
səfərdə
2:1
2010/11
23.10.2010
evdə
2:0
2010/11
04.12.2010
səfərdə
2:1
2011/12
20.08.2011
evdə
3:1
2011/12
07.03.2012
səfərdə
1:0
2012/13
29.09.2012
səfərdə
1:2
2012/13
28.11.2012
AK
səfərdə
1:1,  p.5:3


Mənbə: lankaranfc.com