Yığmamızın futbolçusu “Baltika” ilə müqavilə bağladı
15.02.2013 - 12:49
Azərbaycan yığmasının daha bir futbolçusu Rusiyanın I divizionunda oynayacaq. Apasport.az saytının məlumatına görə, U-21-in milliləşən rusiyalı müdafiəçisi Şamil Qurbanov “Baltika” ilə anlaşıb. O, neçə vaxtdır baxışda olduğu Kalininqrad təmsilçisi ilə uzunmüddətli müqavilə bağlayıb.
Bunadək Nijni-Novqorodun “Volqa” klubunun gənclərdən ibarət komandasında çıxış edən müdafiəçi Milli Futbol Liqasında oynamasına münasibət bildirib: “Baxışa çağırılanda çox sevindim ki, özümü göstərmək imkanı qazanmışam. Lakin bunun hələ sınaq olduğunu bilirdim. Özümü gənclər birinciliyində deyil, daha yüksək səviyyədə yoxlamaq istəyim çoxdan var idi. Artıq gənclər səviyyəsində oynamaq ehtirasım da qalmayıb. Buna baxmayaraq, yenə matçlarda var qüvvəmlə çıxış edirdim. 1-ci diviziona keçid mənim üçün irəli atılan böyük addımdır. Hələ çox şey öyrənməliyəm. “Baltika”da inkişaf edib, ustalıq səviyyəmi artıra bilərəm”.
Qeyd edək ki, bir müddət əvvəl U-19-un digər üzvü David Qarayev “OİK-Energiya”ya keçmişdi.

0
0