“AFFA-nın növbəti Konfransı seçki xarakterli deyil”
15.02.2013 - 13:15
“AFFA-nın martın 15-də keçiriləcək Konfransı hesabat-seçki xarakterli deyil. Bu, sadəcə, növbəti hesabat Konfransıdır”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.
Assosiasiya martın 15-də saat 11:00-da inzibati binasında növbəti konfransını keçirəcəyini açıqlayıb.
Nərimanoğlu bildirib ki, hesabat ili ilə bağlı olacaq Konfransda AFFA-nın ötən ilki fəaliyyəti və maliyyə hesabatları müzakirə olunacaq. Eyni zamanda, növbəti hesabat ilinin büdcəsi və görüləcək işlər haqda məlumat veriləcək.
“AFFA-nın 4 üzvünə - Peşəkar Futbol Liqası, Sahə Futbol Federasiyaları, Regional Futbol Federasiyaları və İctimai Futbol Təşkilatlarına Konfransa dəvət olunmaq üçün rəsmi məktub göndərilir. Bunlar AFFA-nın Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Həmin qurumlar Nizamnaməyə əsasən səsvermə hüququ olan nümayəndələrinin Konfransda iştirakını təmin etməlidirlər” – deyə, Nərimanoğlu bildirib.
Qeyd edək ki, AFFA-nın hesabat-seçki konfransı ötən ilin martın 9-da keçirilmişdi. Onda Rövnəq Abdullayev yekdilliklə prezident postuna yenidən seçilmişdi.
Mehman SÜLEYMANOV

0
0