Ruslan Abışov yenidən “Lujniki”də
15.02.2013 - 14:18
Ruslan Abışov yenidən “Lujniki”də
Azərbaycan millisinin futbolçusu Ruslan Abışov Moskvaya yollanır. Apasport.az saytının məlumatına görə, “Rubin” Avroliqanın 1/16 final mərhələsində “Atletiko”ya 2:0 hesabı ilə qalib gəldiyi ilk oyundan sonra təmsil etdiyi Kazana qayıtmayacaq.

Belə ki, komanda Madriddə birbaşa Rusiya paytaxtına üz tutaraq, cavab matçına orada hazırlaşacaq. “Rubin” ispanlarla cavab oyununu fevralın 21-də “Lujniki” stadionunda keçirəcək. Abışov həmin matçda iştirak etməsə də, düşərgədə olacaq.

Qeyd edək ki, kazanlılarla müqavilə bağlamağa çalışan Ruslan ötən ilin oktyabrında “Lujniki”də millimizin heyətində Rusiya yığmasına 0:1 hesabı ilə uduzduğumuz rəsmi matçda oynayıb.