Futbol yığmamızda yeni legioner
15.02.2013 - 17:09
Futbol yığmamızda yeni legioner
Fevralın 18-dən 28-dək Bakıda 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, ispaniyalı baş məşqçi Patrisiya Qonzales toplanışa 25 futbolçu dəvət edib.

Komandamızın heyətinə ölkə xaricində çıxış edən 7 legioner çağırılıb. Onlardan biri - milliləşən legioner Sopiko Rizamadze ilk dəfə yığmamıza cəlb olunub.

Qonzales daha çox UGİM-9-un üzvlərinə bel bağlayaraq, komandanın 6 futbolçusuna dəvət göndərib: Aytac Şərifova, Kamilla Məmmədova, Gülsüm Cəfərova, Sevinc Babayeva, Aliyə Vəliyeva, Aysun Əliyeva (hamısı UGİM-9), Mədinə Xələfova ("Məhsəti"), Əminə Heydərova, Nərgiz Ömərova, Nigar Cəlilli (hamısı "Fidan”)Ş Olya Şioşvili ("Kürmük"), Jalə Məhsimova, Ləman Bağırova, Şəfəq Nəsirova (hamısı "Sumqayıt"), Şahnaz Məmmədova, Aynurə Abuşova, Suqra Xəlilova (hamısı "Zaqatala"), Diana Hacıyeva ("Xudat"), Sabrina Ronagi ("Vakker Münhen", Almaniya), Leyla Solmaz (VFL "Zindelfinqen", Almaniya), Sevinc Qurbanova ("Norçepinq", İsveç), Maya Dangadze ("İmereti", Gürcüstan), Sopiko Rizamadze ("Kutaisi", Gürcüstan), Vivien Hillebrand ("Qrün Veys Neukoln" (Almaniya), Melis Sarıaltın - "Köln" (Almaniya)

Mənbə: affa.az