“Rəvan” üçün 9-cu hakim
15.02.2013 - 18:37
“Rəvan”ın Topaz Premyer Liqasının XX turunda “Kəpəz”lə səfər oyununa baş hakim təyin olunan Orxan Məmmədov ilk dəfə onun matçını idarə edəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı beynəlxalq dərəcəli hakim paytaxt klubunun oyunlarında 9-cu baş hakim olacaq.
Belə ki, bunadək çempionatda 8 hakim “Rəvan”ın matçlarında iş başında olub. Bunlar Vüsal Əliyev (2 oyun), Elçin Məmmədov (2), Rəhim Həsənov (3), Rauf Cabbarov (4), Anar Salmanov (2), Fariz Yusifov (2), Əliyar Ağayev (2) və Elvin Əsgərovdur (2).
Qeyd edək ki, Məmmədova “Dalğa Arena”da keçiriləcək oyunda Elman Musayev, Cavanşir Yusifov və Fariz Yusifov yardım edəcək.
Mənbə: revanfc.az

0
0