“İnter” “Qalatasaray”a lazım olmayan futbolçunu alır
15.02.2013 - 18:59
“İnter” “Qalatasaray”a lazım olmayan futbolçunu alır
“Qalatasaray”ın müqaviləsini pozduğu çexiyalı futbolçu Milan Baroşun gözlənilməz transferi reallaşır. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubu karyerasında eniş dövrünü yaşayan 32 yaşlı hücumçu ilə müqavilə bağlayır. Milanın vətəninə qayıdaraq, karyerasını başladığı “Banik”ə keçidi gözlənildiyi vaxtda, Çempionlar Liqasının qalibi ona müştəri çıxıb.

Bu da onunla bağlıdır ki, “Neftçi” ilə Avroliqada bir qrupda oynamış komanda 1/16 finalda ÇFR-lə oyunda əsas hücumçularından olan Dieqo Militonu itirib. Təcrübəli argentinalı oyunçu ağır zədə üzündən ilin sonuna kimi sıradan çıxdığı bir vaxtda “İnter” yalnız sərbəst futbolçu ala bilər. Çünki Avropada transfer dövrü yanvarın 31-də başa çatıb. Bunu nəzərə alan milanlılar “Qalatasaray”ın imtina etdiyi klubsuz legionerlə ön xətdəki boşluğu doldurmağı planlaşdırır.
0