Qurbanov üçün “Spartak”, Qarayev üçün “Rotor”
17.02.2013 - 12:22
Rusiyanın I divizionunda çıxış edən klubların iştirakı ilə keçirilən Milli Futbol Liqasının kubokunda qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, final mərhələsinin cütlərinə aydınlıq gəlib.
Azərbaycan milli komandasının futbolçuları Şamil Qurbanov və David Qarayevin çıxış etdiyi komandaların da həlledici görüşlərdəki rəqibləri müəyyənləşib. Qrupda 2–ci olan Qurbanovlu “Baltika” 3-cü yer uğrunda matçda Nalçik “Spartak”ı ilə qarşılaşacaq. 3-cü yerin sahibi fevralın 19-da keçiriləcək.
5-ci yer uğrunda mübarizə aparacaq Qarayevin çıxış etdiyi “OİK-Energiya” isə “Rotor”la üz-üzə gələcək. Bu qarşılaşma fevralın 18-də baş tutacaq.

0
0