Ramiz Məmmədov futbolçulardan narazı qaldı
17.02.2013 - 17:20
Ramiz Məmmədov futbolçulardan narazı qaldı
“Çempionatın lideri ilə oyunda pis oynamadıq. Lakin qol imkanlarından yararlana bilmədiyimizdən uduzduq”. Apasport.az saytının məlumatına görə, bu szöləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

O, Topaz Premyer Liqasının XX turunun “İnter”lə oyunu (1:2) haqda fikirlərini açıqlayıb: “Oyunun çətin alınacağını bilirdik. Meydana çıxan futbolçuların heç də hamısı etimadımı doğrultmadı. “İnter” bizə 2 qol vurmadı, biz 2 qol buraxdıq. Təəssüf ki, əvəzində biz imkanları qola çevirə bilmədik”.