Premyer Liqa: 2 vəsiqəyə 3 iddiaçı
18.02.2013 - 12:29
Topaz Premyer Liqasında hesabat turundan sonra ilk “altılığ”a son 2 vəsiqə uğrunda mübarizə daha da gərginləşdi. Apasport.az saytının məlumatına görə, final mərhələsinə 2 tur qalmış 4 komanda bu baxımdan rahat nəfəs ala bilər; “İnter”, “Neftçi”, “Qarabağ” və “Simurq” medallar uğrunda mübarizə aparacağını artıq rəsmiləşdirib.
Digər 2 vəsiqəyə 3 iddiaçı var ki, bunlar 5-7-ci pillələrdə qərarlaşan “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı”dır. Düzdü, hətta AZAL, “Sumqayıt” və “Rəvan”ın da nəzəri şansları qalsa da, onları real namizəd kimi qələmə vermək doğru olmazdı. Ən azı ona görə ki, 7-ci pillədəki “Bakı” bu komandalardan xal baxımından qabaqda olsa da, iddiaçılar arasında ən şanssızıdır. Bu da təsnifat mərhələsinin yekunlaşdığı bir vaxtda özündən irəlidə olan komandalardan geri qalmağına görədir. Yəni, “zolaqlılar” qalan 2 oyunda qalib gəlsə belə, taleyi öz əlində deyil.
Əslində, hələ qış fasiləsində qalan 1 vəsiqə uğrunda “Xəzər Lənkəran”la “Bakı”nın mübarizə aparacağı, “Qəbələ”nin “altılığ”a düşdüyü deyilsə də, vəziyyət tamamilə dəyişib. Bu da qəbələlilərin fasilədən sonra keçirdiyi 2 oyunda 5 xal itirməyindən sonra baş verdi. Nəticədə turnir cədvəlində vəziyyətini çətinləşdirən Ramiz Məmmədovun komandası artıq növbəti turda birdən-birə 2 pillə geriləyərək, “altılıq”dan kənarda qala bilər. Çünki “Qəbələ” özündən 2 xal az toplayan “Xəzər Lənkəran”ı qəbul edəcək və uduzacağı halda, rəqibindən geri düşəcək.
Bu azmış kimi, “Bakı” “Simurq”a səfərdə qalib gələcəyi halda, qəbələlilərlə xallarını bərabərləşdirəcək. “Zolaqlılar” şəxsi oyunlarda (evdə 2:1, səfərdə 2:0) Məmmədovun komandasından üstün olduğundan, onu qabaqlayacaq. Göründüyü kimi, bu zaman “Qəbələ”nin son turda qələbəsi “altılığ”a düşməyinə kömək edə bilməyəcək. Deməli, Qəbələdəki oyunda meydan sahibləri ən pis halda heç-heçə etməlidirlər ki, lənkəranlılarla 2 xal fərqi saxlasın və “Bakı”nı qabaqlamaqda davam etsin. Bunun üçün son turda “altılığ”a vəsiqəyə iddia etməyən AZAL-a qalib gəlmək ciddi problem olmamalıdır.
“Qəbələ”dən fərqli, “Xəzər Lənkəran”a mütləq qələbə lazımdır. Çünki növbəti xal itkisi “Bakı”nın cənub təmsilçisini keçməsi ilə nəticələnə bilər. Bu zaman artıq hər şey öz əlində olmayacaq və son turda evdə münasib rəqiblə - “Sumqayıt”da oyunda qələbə də “ağ-yaşıllar” üçün faydasız sayılacaq. Ancaq Qəbələdə qələbə lənkəranlıları sona 1 tur qalmış “altılığ”a vəsiqəyə qovuşdura bilər.
Həmin “Sumqayıt”la ev oyununda bərabərliyin acı nəticəsini çəkən “Bakı” isə ilk növbədə çətin Zaqatala səfərində 3 xalla qayıtmalıdır. Təbii ki, “Qəbələ” ilə “Xəzər Lənkəran” bir-biri ilə oynadığından, xal itkisi qaçılmazdır və bu, “zolaqlılar”ın işinə yarayacaq. Son turda evdə “Rəvan”a qalib gəlmək “Simurq”dan səfərdə 3 xal almaqdan daha asan vəzifə sayılır. “Bakı”nın üstünlüyü “Qəbələ” kimi “Xəzər Lənkəran”ı da şəxsi oyunlarda üstələməyidir. Belə ki, bakılılar lənkəranlılarla səfərdə 1:1 hesablı bərabərliyə qalıb, evdə isə ona qalib gəlib – 2:0.
İndiki vəziyyətdə “Bakı” üçün Zaqatalada bərabərlik məğlubiyyətə bərabər nəticə sayılır. Ancaq ilk baxışdan nə qədər qəribə görünsə də, həmin 1 xal “Xəzər Lənkəran”ı qabaqlamağa yetərli ola bilər. Belə ki, cənublular uduzacağı halda, “zolaqlılar” ona çataraq, şəxsi oyunlara görə qabaqda olacaq. Bu zaman artıq hər şey bakılıların öz əlində olacaq. “Bakı” “Simurq”a uduzsa belə, “altılıq”dan kənarda qalmağını rəsmiləşdirməyəcək. Çünki onun ən pis halda “Qəbələ” ilə 3 xallıq fərqi qalacaq. Ancaq belə vəziyyətdə qəbələlilərlə “altılığ”a çıxmaq üçün son turda paytaxtda heç-heçə də yetərli olacaq.
Təsnifat mərhələsində son 2 turda iddiaçıların oyunları
XXI tur
22 fevral
“Simurq” – Bakı”
23 fevral
“Qəbələ” – “Xəzər Lənkəran”
XXII tur
3 mart
AZAL – “Qəbələ”
“Xəzər Lənkəran” – “Sumqayıt”
“Bakı” – “Rəvan”
Bombardir: Nikolas Kanales (Neftçi) – 19.
Mehman SÜLEYMANOV

| komanda | o | q | h | m | t | x | |
1 | İnter | 20 | 11 | 7 | 2 | 24-10 | 40 |
2 | Neftçi | 20 | 12 | 2 | 6 | 42-22 | 38 |
3 | Qarabağ | 20 | 9 | 8 | 3 | 27-17 | 35 |
4 | Simurq | 20 | 9 | 7 | 4 | 24-14 | 34 |
5 | Qəbələ | 20 | 8 | 5 | 7 | 23-21 | 29 |
6 | Xəzər L | 20 | 7 | 6 | 7 | 30-23 | 27 |
7 | Bakı | 20 | 5 | 11 | 4 | 22-14 | 26 |
8 | AZAL | 20 | 5 | 8 | 7 | 23-24 | 23 |
9 | Rəvan | 20 | 6 | 4 | 10 | 20-31 | 22 |
10 | Sumqayıt | 20 | 5 | 6 | 9 | 18-36 | 21 |
11 | Turan | 20 | 5 | 5 | 10 | 21-32 | 20 |
12 | Kəpəz | 20 | 2 | 3 | 15 | 11-41 | 9 |

0
0