PSJ-dən 55 milyonluq transfer - “Ayaks”la razılıq əldə olundu
14.08.2026 - 15:55
PSJ heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, Paris klubu “Ayaks”ın vingeri Mika Qodtsun transferi ilə bağlı Amsterdam təmsilçisi ilə razılıq əldə edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, PSJ 20 yaşlı futbolçu üçün qarşı tərəfə 55 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mika Qodts 2023-cü ildən “Ayaks”da çıxış edir. Belçika millisinin üzvü Amsterdam klubunun heyətində 113 oyuna çıxıb, 25 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0