“Bunu niyə etdi?”
19.02.2013 - 00:22
London Olimpiadasında ilk əlil atlet kimi iştirak edib və tarixə keçən cənubi afrikalı Oskar Pistoriusun başından vuraraq öldürməklə günahlandırıldığı model sevgilisi Reva Stenkampın anası Cun Stenkamp açıqlama verib. Apasport.az saytının məlumatına görə, Stenkamp qızının Sevgililər günündə öldürülməsinin arxasındakı cavabları öyrənmək istədiyini ifadə edib.
O, Revanın dəhşət verici ölümünü qəbul etmədiklərini və əllərindən bir şey gəlmədiklərini vurğulayıb: “Onu Pistorius heç kimin sevə bilməyəcəyi qədər sevirdi. Niyə kiçik qızım? Bunu niyə etdi? Göz açıb bağlamaq, ya da nəfəs alıb vermək kimi bir müddətdə, yaşayan ən gözəl insan artıq aramızda yoxdur” - deyə, Cun Stenkamp, bildirib.
Qeyd edək ki, yerli prokurorluq hazırlanmış cinayətlə ittiham və məhbus olaraq mühakimə olunan Pistoriusu sabah daha bir dəfə hakim qarşısına çıxacaq.

0
0