ABŞ futbol yığması Bakıda oynayacaq
19.02.2013 - 12:58
AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turnirinin daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ABŞ-ın müvafiq yaş qrupundan ibarət yığması bu ilin mayın – iyun aylarında keçiriləcək yarışda qüvvəsini sınayacaq.
ABŞ Futbol Federasiyasından turnirdə iştirakla bağlı təsdiq məktubu AFFA-ya göndərilib. Bununla da amerikalılar ilk dəfə ölkəmizdə təşkil olunan yarışa qatılacaqlar.
ABŞ Futbol Federasiyasından turnirdə iştirakla bağlı təsdiq məktubu AFFA-ya göndərilib. Bununla da amerikalılar ilk dəfə ölkəmizdə təşkil olunan yarışa qatılacaqlar.
0
0