İstanbulda heç-heçə, “Milan” qalib gəldi
21.02.2013 - 01:37
İstanbulda heç-heçə, “Milan” qalib gəldi
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə “Milan”la “Barselona”, “Qalatasaray”la “Şalke” münasibətlərinə aydınlıq gətirib.

“San-Siro”da keçirilən qarşılaşma meydan sahibləri üçün yaxşı nəticələnib. Belə ki, “rossonyerlər” Kataloniya klubunun qapısından 2 cavabsız qol keçirərək cavab matçı öncəsi böyük üstünlük əldə edib.

Azarkeşlərimiz üçün İstanbuldakı oyun Milandakı matçdan heç də az maraq kəsb etməyib. Axı Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray”a qış fasiləsindəki transferlərindən sonra daha böyük ümidlər bəslənilirdi.

Lakin Uesli Sneyder, Didye Droqba kimi ulduzları heyətinə qatan “Cim Bom” münasib rəqib olan “Şalke”nin öhdəsindən gələ bilməyib.

Oyunda öncə hesabı “aslanlar” açsa da, Bundesliqa təmsilçisi fasiləyə qədər hesabı tarazlaşdırıb. 12-ci dəqiqədə Burak Yılmazın qoluna 45-ci dəqiqədə Cons cavab verib – 1:1.

Beləliklə, rəqibinin müqavimətini qıra bilməyən “Qalatasaray”ı Almaniyada çətin sınaq gözləyəcək.

12 fevral
“Valensiya” (İspaniya) – PSJ (Fransa) - 1:2
Qollar: Rami, 90 - Lavezzi, 10, Pastore, 43

“Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya) - 0:3
Qollar: Matri, 3, Marçisio, 77, Vuçiniç, 83


13 fevral
“Real” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 1:1
Qollar: Ronaldo, 30 - Uelbek, 20

“Şaxtyor” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya) - 2:2
Qollar: Srna, 31, Kosta, 68 - Levandovski, 41, Hummels, 87


19 fevral

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) - 1:3
Qollar: Lukaş Podolski, 55 - Toni Kross, 7, Tomas Müller, 21, Mario Mandjukiç, 77

“Portu” (Portuqaliya) – “Malaqa” (İspaniya) - 1:0
Qol: Joao Moutinyo, 56


20 fevral
“Milan” (İtaliya) – “Barselona” (İspaniya) - 2:0
Qollar: Boatenq, 57, Muntari, 81

“Qalatasaray” (Türkiyə) – “Şalke” (Almaniya) - 1:1
Qollar: Burak, 12 - Cons, 45