“Kəpəz”in futbolçularından ikisi meydana, biri yatağa yollanıb
19.02.2013 - 20:49
“Kəpəz”in futbolçularından ikisi meydana, biri yatağa yollanıb
“Komandamızın xəstə olan futbolçularından Elgiz Kərimli və Şahin Kərimovun sağlıq durumu yaxşıdır və onların hər ikisi dünəndən başlayaraq məşqlərdə iştirak edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in həkimi Şıxəli Həsənov deyib. O, ötən həftənin son günlərində yüksək hərarəti olan komandanın futbolçularının yuxarı tənəffüs yollarının kataraktı xəstəliyindən əziyyət çəkdiklərini bildirib. Lakin düzgün müalicədən sonra onlar tezliklə ayağa qalxıblar.

Qeyd edək ki, xəstəlik səbəbindən Kərimli “Rəvan”a qarşı oyunda heyətə düşə bilməyibsə, Kərimov “18-lik”də yer alıb. Amma meydana çıxa bilməyib. Gəncə klubunun daha bir futbolçusu Elvin Həsənliyev isə mədə-bağırsaq sisteminin yüngül funksional pozğunluğu səbəbindən komanda yoldaşlarından ayrı düşüb.