Peruda “Fair-play” qaydalarına əməl edilmədi - VİDEO
20.02.2013 - 04:45
Peruda “Fair-play” qaydalarına əməl edilmədi - VİDEO
Peru çempionatında “fair-play” qaydalarına əməl edilməyən bir qol vurulub. Apasport.az saytının məlumatına görə, azarkeşlər bu qola “Cesar Vallejo” – “Komerkio” matçında şahidlik ediblər.

Belə ki, qonaqların qapıçısı Juan Flores 73-cü dəqiqədə zədələnərək yerə yıxılıb və topu əlindən buraxıb. Meydan sahiblərinin hücumçusu Piero Alva isə bu fürsətdən maksimum istifadə edərək topu qapıya göndərib.

Qeyd edək ki, Piero Alvanın vurduğu qol hakim tərəfindən qeydə alınıb və “Cesar Vallejo” görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.