“Xəzər Lənkəran”da qol vuran 50-ci legioner
20.02.2013 - 10:32
“Xəzər Lənkəran”da qol vuran 50-ci legioner
Topaz Premyer Liqasının XX turunun “Turan”la oyunu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 4:2 hesabı ilə qalib gəldikləri ev matçında lənkəranlıların 3-cü qolunu vuran hücumçu Gökhan Güləç ilk dəfə onun formasında meydana çıxıb.

Bu oyunadək 157 futbolçu cənub təmsilçisində oynamışdısa, türkiyəli legioner bu siyahıya 158-ci kimi daxil olub. Bu oyunçulardan 14-ü cari mövsüm debüt edib. Güləçə qədər Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas, Akif Tağıyev, Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva, Marin Orsuliç, Uğur Pamuk “Xəzər Lənkəran” tarixinə düşmüşdü.

Gökhan bu tarixdə 97-ci legioner olub. Digər 61 oyunçu isə Azərbaycan futbolunun yetirmələridir. Milliləşənlər də nəzərə alınmaqla 97-yə çatan legionerlər 34 ölkəni təmsil edir: : Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 10, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.

Siyahıdan göründüyü kimi Güləç “Xəzər Lənkəran”ın 10-cu türkiyəli futbolçusudur. Onlar arasında ən çox oyun keçirən yarımmüdafiəçi Ayhan Devrandır. Qonşu ölkə təmsilçiləri komandamızda ümumilikdə 146 matç keçirib.

Legioner elə ilk oyununda fərqlənməklə “Xəzər Lənkəran”ın qolçular siyahısına da daxil olub. O, komandanın tarixində fərqlənən oyunçuların sayını 79-a çatdırıb. Güləç “Xəzər Lənkəran”da qol vuran 50-ci legionerdir. Bu əcnəbilər 21 ölkəni təmsil edir. Onlardan 5-i Türkiyəni təmsil edir. Ən məhsuldar türkiyəli Oqtay Dərəlioğlu və həmyerliləri ümumilikdə 26 qol vurublar.

Futbolçu
Oyun
Qol
Devran Ayhan
51
1
Oqtay Derelioğlu
23
18
Deniz Kolqu
18
0
Fatih Sonkaya
13
0
Göksel Akınçi
12
0
Ahmed Dursun
11
5
Mesut Kumçuoğlu
10
1
Muammer Erdoğdu
4
0
Tunc Kip
3
0
Gökhan Göleç
1
1

Mənbə: lankaranfc.az