17 ildən sonra yenə uğursuzluq?
20.02.2013 - 21:35
17 ildən sonra yenə uğursuzluq?
İngiltərə klubları Çempionlar Liqasında 17 il bundan öncəki uğursuzluqla üzləşə bilər. Apasport.az saytının məlumatına görə, hazırda turnirdə iştirak edən “Mançester Yunayted”lə “Arsenal” rəqiblərinə qalib gəlmədiyi təqdirdə, 17 ildən sonra 1/4 final mərhələsinə keçə bilməyəcək.

Lakin bu iki klubdan “qırmızı şeytanlar”ın şansının “topçular”a baxanda daha çox olduğu görünür. Belə ki, “Mançester Yunayted” səfərdə “Real”la 1:1 hesablı bərabərə qalaraq hər şeyi cavab matçına saxlayıb.

“Arsenal” isə ötən gecə doğma azarkeşləri önündə “Bavariya”ya 1:3 hesabı ilə məğlub olaraq növbəti mərhələyə keçmə şansını təhlükə altına salıb. Əgər ingilislərin hər iki klubu Avropanın ən mötəbər klub turnirində qələbə qazana bilməsə, 17 ildən sonra 1/4 final mərhələsində komandasız qalacaq.

Qeyd edək ki, son olaraq Çempionlar Liqasının 1/4 finalında 1995-1996-cı il mövsümündə hər hansı bir ingilis komandası mübarizə edə bilməmişdi.