Xordi Roura: “Barselona” növbəti mərhələyə çıxacaq
21.02.2013 - 05:57
Xordi Roura: “Barselona” növbəti mərhələyə çıxacaq
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “San-Siro” stadionunda “Milan”a 2:0 hesabı ilə uduzan “Barselon”nın baş məşqçisinin köməkçisi Xordi Roura matçla bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, Tito Vilanovanın yardımçısı komandası ən yaxşı oyununu keçirmədiyini ifadə edib.

Həmçinin mütəxəssis əminliklə ifadə edib ki, “Barsa” cavab matçında vəziyyəti öz xeyirlərinə dəyişə biləcək: “Bu ən yaxşı bizim oyunumuz deyildi. Amma deyək ki, bizdə problemlər var idi. Belə nəticə bizi qane etmir. Rəqib futbolçular iki şans əldə etdilər və onlardan da maksimum yararlandılar. İndi bizim üçün vəziyyət çətinləşdi. Bundan başqa meydançanın vəziyyəti belə oyunlar üçün yaramır. Bu bizim oyunumuzu çox çətinləşdirdi. Amma “Milan” müdafiədə çox əla çıxış edirdi. Gizlətməyəcəyəm birinci qol bizi bir qədər sındırdı. Cavab matçında tamamilə başqa tarix olacaq. Əminliklə deyə bilərəm ki, növbəti mərhələyə çıxacağıq”.