“Bakı”dan sərt cavab: Ayıb olsun onlara!
22.02.2013 - 13:48
Bu gün Zaqatalada “Bakı” üçün həlledici xarakter daşıyan oyun baş tutacaq. Apasport.az saytının məlumatına görə, ilk “altılıq” uğrunda mübarizədən qopmamaq üçün “zolaqlılar”ın bu qarşılaşmada hökmən qələbə qazanması zəruridir.
Ancaq son günlər bu oyun haqda xoşagəlməz halları eşidirik. Deyilənə görə, iki klub arasında artıq rəhbərlik səviyyəsində anlaşma əldə olunub. Belə ki, ilk “altılığ”a vəsiqəni onsuz da təmin etmiş “Simurq” “İnter”lə “qardaşlığ”a görə, şahmat dili ilə desək, növbəti qambitini həyata keçirməlidir. Bunun üçün Zaqatala təmsilçisi özü istəməsə də, “Bakı”ya uduzmaq məcburiyyətindədir. Çünki “zolaqlılar” bunun qarşılığında ilk “altılıq” oyunları zamanı “İnter”ə 6 xal verməyi boyun olub.
Bu “Bakı”nın da maraqlarına tam uyğun gəlir. Onsuz da çempionluğa şansı qalmadığından, paytaxt klubu ilk “altılıq”da yalnız Avroliqaya vəsiqə verən yerlər uğrunda mübarizə aparmağı düşünür. Bəs görəsən, bu məsələ nə dərəcədə həqiqəti əks etdirir? Hər halda bunun əsl cavabını saat 17:00-da başlayacaq oyunun gedişatından duymaq imkanımız olacaq.
Ancaq bundan öncə məsələ ilə bağlı hər iki klubun da mövqeyini öyrənməyə çalışdıq. İlk öncə “Bakı”nın icraçı direktoru Yaşar Seyidovla danışdıq.
Seyidov bunun şayiə olduğunu və iddianın kimlər tərəfindən atıldığını yaxşı bildiyini nəzərimizə çatdırdı: “Məni tanıyanlar bilir ki, futbolda ən uzun müddət çalışan adamlardan biriyəm. İşlədiyim müddətdə futbolumuza xidmət etməyə çalışmışam. Çox təəssüf ki, hamı belə deyil. Bu iddianı ortaya atanlar çempionluğa oynayan komandalardan biridir. Mən bunun kimlər, hansı klubun rəsmiləri tərəfindən süni şəkildə mətbuata sızdırılmasını yaxşı bilirəm. Həmin adamlar bizi görəndə gülür, amma arxamızca belə danışırlar. Bilirlər ki, biz ilk “altılığ”a düşsək, çoxlarının çempionluq planlarını poza bilərik. Onlar istəyir ki, danışılmış oyunlar hesabına çempion olsunlar. Bu bizə qarşı düşünülmüş xüsusi piar kampaniyadır. Özünüz yaxşı bilirsiz ki, “Simurq” klub baxımından “Bakı”dan zəifdir. Ancaq bunu meydanda da göstərmək lazımdır. Əsl güc orda müəyyənləşir. Birdən “Bakı” məğlub olsa necə olacaq? Onda həmin adamlar çıxıb bu şayiəni ortaya atdıqlarına görə görə üzr istəyəcək? Mən üzümü onlara tutub deyirəm ki, ayıb olsun onlara! Onlar heç “Bakı”nın gördüyü işlərin yarısını etməyib. “Bakı” heç vaxt danışılmış oyunlara getməyib və getməyəcək. Çünki klubun başında Hafiz Məmmədov kimi şəffaf yolla çempionluq istəyən prezident var”.
“Simurq”un prezidenti Anar Bəkirovun bu məsələ ilə bağlı mövqeyi isə qısa və konkret oldu: “Bizim klub heç vaxt danışılmış oyunlara getməyib. Mən komandada olduğum müddətdə belə bir halların baş verməsi də mümkün deyil. Bunların hamısı şayiədən başqa bir şey deyil. Biz “Bakı”ya qalib gəlsək də, uduzsaq da – bunların hamısı meydanda baş verəcək. Meydandan kənarda klubumuzun adı danışılmış oyunlarla bağlı çəkilə bilməz. Bu iddiaların oyun qabağı atılması yolverilməz haldır”.
Səbuhi TOFİQOĞLU

0
0