“Mənə dedilər ki, həmin oyunlara onları burax” - MÜSAHİBƏ
22.02.2013 - 14:16
Zaqatalanın “Simurq” klubunun sabiq baş məşqçisi Roman Pokora Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 65 yaşını qeyd edən ukraynalı mütəxəssis yubileyi günü ölkəmizdə çalışdığı vaxtları da xatırlayıb.
- “Metallist”in baş məşqçisi Miron Markeviçlə sizi eyni çalışdırıcı yetişdirib. Bu üzdən sizin oxşar cəhətləriniz varmı?
- Biz fərqliyik. Markeviç daha təmkinlidir. Mən isə emosionalam, hətta qalmaqalçıyam. Mənə elə gəlir ki, Miron məşqçi karyerası boyu cəmi 1 dəfə cəzalanıb. Mən isə artıq diskvalifikasiyalarımı da saymıram.
- Ən uzunmüddətli cəzanızı xatırlayırsınız?
- Azərbaycanda 4 oyunluq cəzalanmışdım. Düşünürəm ki, həmin oyunun nümayəndəsi düzgün hərəkət etməmişdi. Futbol, irqçilik, millətçilik fərqli şeylərdir. Nümayəndə mənə “Get öz Ukraynana və orada göstərişlərini ver” demişdi. Əlbəttə ki, məndə özümü saxlaya bilmədim və onun haqda düşündüklərimin hamısını dedim. 5 min dollar cərimələnib 4 oyunluq cəza aldım. Sözün düzü cəriməni klub ödədi.
- 2006-cı ildə siz cəmi 1 ildir yaranan “Simurq”a baş məşqçi təyin olundunuz. Həmin mövsüm komandanızı çempionatın kəşfi saydılar...
- Mənə elə gəlir ki, 8-ci olmuşduq. Ümumilikdə orada 4 ildən artıq işlədim. Demək olar ki, komandanın sahibi idim, sponsorlardan heç biri işimə qarışmırdı. Mənə etibar edirdilər və özümü göstərməyə imkan verirdilər. 2010-cu ildə Azərbaycanın ən yaxşı məşqçisi hesab olundum.
- 2010-cu ildə komandanız tarixinin ən yüksək göstəricisinə imza ataraq, 3-cü yeri tutdu...
- Bəli, mükafatçılar sırasında yerimizi sona 2 tur qalmış təmin etdik.
- Avrokuboklardakı yeganə mövsümündə komandanız İsrail təmsilçisi “Bney Yehuda”ya məğlub oldu. Bunu nə ilə izah edərdiniz?
- Haradasa biz zəif idik. Hərçənd daha yaxşı çıxış edə bilərdik. Biz çempionatda 3-cü yeri tutmuşduq, gərək həmin heyətlə də oynayaydıq. Biz isə islahatlara başladıq, yerli futbolçular dəvət etdik. Açığını deyim, məni çağırıb dedilər ki, həmin oyunlara azərbaycanlıları buraxmalıyam.
- Həmin komanda Ukrayna Premyer Liqasında oynaya bilərdi?
- Cavab vermək çətindir. İndi toplanışlarda azərbaycanlılar bizim klublarla bərabər səviyyədə oynayır. Mən elə fikirləşirəm ki, “Simurq” Ukrayna çempionatında 12-13-cü yerləri tuta bilər. İlk “onluq”da yer almaq üçün də mübarizə aparması mümkündür.
- Niyə təxminən 4 illik uğurlu fəaliyyətdən sonra sizə müqavilə imzalamaq təklif olunmadı?
- Prezident, sponsorlar klubdan ayrıldı və mən də getməli oldum. Uğurlar öz yerində, lakin yeni komanda gəlirsə, getmək lazımdır. Elə növbəti mövsüm komanda güclülər dəstəsini tək etməli idi. Əsasnaməni dəyişməklə onları saxladılar. Düşünürəm ki, Azərbaycanda məşqçilik karyeramın maraqlı illərini keçirmişəm.

0
0