Bojidar Bandoviç: Onlarla razı deyiləm
22.02.2013 - 19:53
Bojidar Bandoviç: Onlarla razı deyiləm
“Oyun bizim üstünlüyümzlə keçdi. Bizim üçün vacib oyun idi”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXI turunda “Simurq”la oyundan sonra (0:0) yetirmələrindən narazı olduğunu bildirib: “Altılığa” düşmək üçün az da olsa şansımız qalır. Komandamın bu cür oyunu ilə razı deyiləm. Penalti epizodunda top qapıçının əlinə dəyibsə qol hesaba alınmalı idi”.