“Xallara ehtiyacımız var”
22.02.2013 - 20:25
Sabah Topaz Premyer Liqasında XXI turun oyunları çərçivəsində “Kəpəz” AZAL-ın qonağı olacaq. Apasport.az saytının məlumatına görə, qarşıdakı matçla bağlı Gəncə klubunun baş məşqçisi Mahmud Qurbanov klubun saytına açıqlama verib.
O, oyuna hazırlıqdan danışıb: “Həftə boyunca AZAL-la görüşə hazırlaşmışıq. Futbolçular məşq prosesində verilən tapşırıqları yerinə yetiriblər. Sözün açığı, yetirmələrim məşqdə özlərini yaxşı tərəfdən göstərirlər. Amma oyuna çıxanda fərqli çıxış edirlər. Onlarla bu barədə danışmışıq”.
Mahmud Qurbanov matç haqda da fikirlərini bildirib: “Çətin oyun olacaq. Rəqib ilk “altılığ”a düşmək üçün mübarizə aparır. Əsas məqsədləri budur. Biz də uğur qazanmaq istəyirik. Xallara ehtiyacımız var. Ardıcıl oyunlarda yaxşı çıxış edə bilməmişik. Ona görə də düşünürəm ki, istəyinə çatmaq üçün hər iki tərəf meydanda güzəştsiz mübarizə aparacaq”.

0
0